Milli Kitabxana biblioqrafiyaşünas-alim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılovun 70 illik yubileyi münasibətilə virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgidə yubilyarın biblioqrafiya, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikasına dair dərslik və dərs vəsaitləri, monoqrafiyaları, elmi məcmuələrdə çıxan tədqiqatları, ön söz müəllifi, rəyçi və redaktoru olduğu kitablar, tərtib etdiyi biblioqrafiyalar və s. Azərbaycan və xarici dillərdə resurslar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Nadir_Ismayilov/index.htm linkindən istifadə edə bilərlər.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında alimin həyat və fəaliyyətindən bəhs edən “Biblioqrafiyaşünas alim Nadir İsmayılov - 70” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan bildirilib ki, bazada Nadir İsmayılovun həyat və fəaliyyətinin əsas tarixləri, “Biblioqraf alim, qayğıkeş ziyalı” adlı məqalənin tam mətni təqdim edilir. Həmçinin alimin müəllifi, elmi məsləhətçisi olduğu, redaktə və tərtib etdiyi, rəy, ön söz yazdığı nəşrlərin, tərcümələrin, metodiki vəsaitlərin siyahıları elektron topluda yer alır.
Elektron məlumat bazası Gənclər Kitabxanasının saytında yerləşdirilib.






















