Mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də Ağsu rayonunda vətəndaşların müraciətlərini dinləyib.
Qəbuldan əvvəl nazir və rayonun icra başçısı Rövşən Bağırov Ümummilli lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarından (Dağlıq Şirvan zonası) vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.
Müraciətlər əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.






















