Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib.
Anım konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestri dirijor Mustafa Mehmandarov idarə edib.
Proqramda Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib.
İfa olunan əsərlər sırasında Qara Qarayevin “İldırımlı yollarla” baletindən final səhnəsi, Arif Məlikovun “Axırıncı aşırım” simfonik poeması, Aqşin Əlizadənin “Muğamvari” IV simfoniyasının final hissəsi, Samuel Barberin “Adagio” əsəri yer alıb.

























