Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda A.P.Çexovun “Ayı” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
Tamaşaya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin l kurs tələbəsi Samirə Əşrəf quruluş verir. Musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Səhnə əsərində universitetin tələbələri iştirak edirlər.
Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.
Qeyd edək ki, tamaşa mart ayında Teatr Xadimləri İttifaqında təqdim olunacaq.





















