Tovuz Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evində (Tovuz şəhəri) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə kitab sərgisinə və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tovuz rayonu mədəniyyət işçilərinin iştirakı ilə 20 Yanvar qurbanlarının xatirəsinə ithaf olunan “Ünvanı dəyişən al qərənfilim” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.