Tarixdəki olaylar

 

7 yanvar 1992 – ABŞ Prezidenti Corc (ata) Buş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə Bakıya məktub göndərib. 1992-ci il fevralın 28-də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər quruldu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 yanvar 1906 – Litva şairi və yazıçısı Antanas Ventslova (Antanas Venclova; 1906 – 28.6.1971) anadan olub.

 

7 yanvar 1919 – Əməkdar mədəniyyət işçisi, kinooperator, rejissor Vladimir Yevgenyeviç Konyagin (1919 – 20.12.2002) anadan olub. “Azərbaycanfilm”də çoxsaylı sənədli filmlər çəkib, Dövlət mükafatına layiq görülüb.

 

7 yanvar 1925 – İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell; 1925 – 30.1.1995) anadan olub. Heyvanlardan bəhs edən 30-dan çox kitab və filmin müəllifidir. Yazıçı Lourens Darrelin qardaşıdır.

 

7 yanvar 1927 – Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu (1927 – 15.8.2017) Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların müəllifidir.

 

7 yanvar 1928 – Əməkdar memar Yuzef (Yusif) İslam oğlu Qədimov (1928 – 8.1.2012) anadan olub. Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin, Aktyor Evinin və digər tikililərin layihə müəllifidir.

 

7 yanvar 1999 – Şair, yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (16.6.1939 – 1999) vəfat edib. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

 

7 yanvar 2009 – Əməkdar artist, xanəndə Sabir Usub oğlu Novruzov (1.5.1944 – 2009) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan