Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulları yanvar ayında da davam edəcək.
Mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25 ) Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarından vətəndaşların müraciətlərini dinləyəcək.
Vətəndaşlar yanvarın 17-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.



















