Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləməyə davam edir. Bu məqsədlə yaradılmış “Kinosəyyah” proqramı çərçivəsində 2025-ci ilin 4-cü rübündə AKİ-nin maliyyə dəstəyilə rejissorlar Amil Məmibəyli (Türkiyə), Ələmdar Faiq (Çexiya), İmaməddin Həsənov (Niderland) və Ülviyyə Əhmədova (Estoniya) beynəlxalq filim festivallarında ölkəmizi təmsil ediblər.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Məlumatda bildirilir ki, AKİ Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası, həmçinin beynəlxalq əlaqələrin inkişafı və yerli kinematoqrafçıların peşəkarlığının artırılmasını əsas məqsədlərindən biri hesab edir. Bu xüsusda beynəlxalq tədbirlərdə, kino təlimlərində iştirak vacib rol oynayır.
AKİ 2026-cı ildə də “Kinosəyyah” proqramı çərçivəsində kinematoqrafçıların beynəlxalq tədbirlərdə iştirakını dəstəkləməyi planlaşdırır.



















