Respublika Gənclər Kitabxanasında görkəmli bəstəkar, professor, Xalq artisti Tofiq Bakıxanovun 95 illiyi münasibətilə elektron baza hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron bazada bəstəkarın həyat və fəaliyyəti haqqında məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədiyi dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni yer alıb.
Həmçinin görkəmli bəstəkarın layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, müəllifi olduğu əsərlərin Azərbaycan və rus dilində siyahısı da təqdim edilib. Bazada “Tofiq Bakıxanovun həyat amalı” və “Xan nəslinin sənətkar səsi: Tofiq Bakıxanov - 95” kimi məqalələrin tam mətni verilib.
Elektron bazada “Filmoqrafiya”, “Foto və video qalereya” kimi bölmələr də var.
"Xalq artisti Tofiq Bakıxanov - 95" adlı elektron toplu ilə Gənclər Kitabxanasının saytında tanış olmaq mümkündür.



















