Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl-tamaşanın nümayişi başlanıb.
Teatrdan bildirilib ki, nağıl-tamaşa uşaqların sevimli personajı İnəkgülün oğurlanması, onun at Şimşəkgül ilə səhv salınması və dostları sayəsində bayram şənliyinə geri qaytarılmasından bəhs edir.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov və başqaları ifa edirlər.
Tamaşanın seansları yanvarın 5-dək davam edəcək.
























