Milli Kitabxana Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Yusif Səmədoğlunun (1935–1998) 90 illiyi münasibətilə hazırlanan virtual sərgini istifadiçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, yazıçının əsərləri, kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgiyə baxmaq istəyənlər https://anl.az/el/vsb/Yusif_Semedoglu/index.htm linkindən istifadə edə bilərlər.
Kitabxanada həmçinin "Xalq yazıçısı Yusif Səmədoğlu – 90" başlıqlı ənənəvi kitab sərgisi təşkil edilib.





















