Dekabrın 22-də Milli Kitabxanada tarixçi, şərqşünas, akademik Nailə Vəlixanlının anadan olmasının 85 illiyinə həsr edilmiş  virtual və ənənəvi sərgiıər istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgilərdə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, Azərbaycan tarixinə dair elmi tədqiqatları, sanballı monoqrafiyaları, elmi redaktoru, tərtibçisi olduğu kitablar, həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

“Akademik Nailə Vəlixanlı” adlı virtual sərgiyə bu linkdə baxmaq olar.