Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Anım tədbiri dahi şəxsiyyətin xatirəsinə ehtiram və minnətdarlığın ifadəsi olaraq dinləyicilərə təsirli və vətənpərvər ruhlu musiqi axşamı yaşadıb.
Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Məhəmmədəli Paşazadə (klarnet) çıxış ediblər.
Proqamda Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adagio”, Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər, Nazim Əliverdibəyovun klarnet və orkestr üçün “Elegiya” əsəri, Fikrət Əmirovun “Nəsimi haqqında dastan”ı səsləndirilib.
























