Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Yeni İl bayramı münasibətilə uşaqları onların sevimli əsəri – fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə”si ilə yenidən səhnədə görüşdürəcək.
2019-cu ildə teatrın repertuarına daxil edilən tamaşa müəyyən fasilədən (o cümlədən 2020-22-ci illərdəki pandemiya ilə bağlı) sonra bərpa olunub.
Yenilənən oyunçu heyəti ilə göstəriləcək səhnə əsərinə iki personaj – Yeni İl bayramının rəmzləri olan Şaxta baba və Qar qız da daxil olub.
Teatrdan verilən məlumata görə, yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayevdir.
Əyləncə və macəra dolu tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.
“Balaca şahzadə” əsərinin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.
“Balaca şahzadə” Akademik Musiqili Teatrın səhnəsində 29 dekabr – 4 yanvar tarixlərində hər gün 4 seans olmaqla nümayiş olunacaq: 10:30, 12:30, 14:30, 16:30.
Tamaşanın iştirakçı heyəti:
Balaca şahzadə – Elcan Kəlbiyev, Səid Kəlbiyev;
Pilot – Əmrah Dadaşov, Nicat Əli, Sübhan Rüstəmov;
Qızılgül – Adelin Öztürk, Nəzrin İsmayılzadə, Ayan Qurbanova, Nuray Məmmədzadə;
Kral – Əməkdar artistlər Ələkbər Əliyev və İqrar Salamov, aktyor Faiq Mirzəyev;
Şoumen – Sübhan Rüstəmov, Murad Əliyev, Kamran Həsənov;
Komersant – Emin Zeynallı, Əli Kərimov, Orxan Hüseynli;
Tülkü – Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov;
Qar qız – İlahə Rüstəmova, Firuzə Cəfərova;
Şaxta baba – Fərid Rzayev, Elçin İmanov.





















