Qax Dövlət Kukla Teatrında italyan yazıçısı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” əsərinin motivləri əsasında Çingiz Ələsgərlinin qələmə aldığı “Pinokkionun qeyri-adi sərgüzəştləri” əsərinin tamaşasının məşqləri başa çatıb və dekabrın 11-də ictimai baxış keçirilib.

2025-ci ilin repertuar planı üzrə dövlət sifarişi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov quruluş verib. Quruluşçu rəssam Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Pinokkio obrazını Aynurə Abbasova, usta Çepetto obrazını Azər Kərimov ifa ediblər. Canlı aktyor, kukla oyunu və kölgə teatrının sintezi əsasında hazırlanan səhnə əsərində Araz Mehrablı, Cəbrayıl Quluşov, İlmar Abdullayev, Məlahət Məmmədova, Elnurə Əliyeva, Fidan Mahmudzadə, Elnarə Razıyeva və digər aktyorlar da rol alıblar.

Tamaşanın nümayişindən sonra Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova və digər qonaqlar çıxış edərək, teatrın kollektivinə yeni yaradıcılıq uğurları arzulayıblar.