Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Solo gənclik” layihəsi çərçivəsində tədbir keçirilib.
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə reallaşdırdığı layihə üzrə gənc vokalçı, respublika və beynəlxalq miqyaslı müsabiqələr laureatı Altun Süleymanov solo konsert proqramı ilə çıxış edib.
Gənc ifaçı klassik opera, romantik vokal, xalq mahnıları və dünya musiqi irsindən ibarət 15 əsərlik repertuar təqdim edib.
Tədbirdə sənət və ictimaiyyət nümayəndələri gənc vokaçı haqqında ürək sözlərini bölüşüb, ona yeni uğurlar arzulayıblar.
Qeyd edək ki, "Solo gənclik" layihəsinin məqsədi gənc ifaçıların yaradıcılıq potensialının dəstəklənməsi, mədəniyyət mühitinə yeni sənət nəfəsi gətirən istedadların kəşfi və geniş auditoriyaya təqdim edilməsidir.





















