Prezident İlham Əliyevin 22 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Xalq şairi Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, noyabrın 23-də Vahid Əzizin 80 yaşı tamam olur.

O, 2019-cu ildə Azərbaycanın Xalq şairi fəxri adına layiq görülüb. 2020-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.

Vahid Əzizi yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edir, cansağlığı arzulayırıq!