AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Raqub Kərimovun yeni əlavələrlə tərtib edib nəşrə hazırladığı “Baba bəy Şakir. Əsərləri” kitabı işıq üzü görüb.

Kitabda yer almış geniş ön sözün müəllifi də R.Kərimovdur.

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Baba bəy Şakir (1778–1845) ədəbiyyat tariximizə Azərbaycan satirik poeziyasının formalaşması və inkişafında xüsusi rolu olan sənətkar kimi daxil olub. Kitabda şairin günümüzə qədər məlum olan şeirləri ilə yanaşı, yeni tapılan şeirləri də verilib.

Qeyd edək ki, yeni nəşrin rəyçisi akademik Teymur Kərimli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğludur.