Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı regionlara təşkil olunan qastrol səfərləri çərçivəsində Quba şəhərində çıxış edib. Şəhər Mədəniyyət evində danimarkalı yazıçı Hans Xristian Andersenin “Düyməcik” nağılı əsasında tamaşa göstərilib.
Teatrdan verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
"Düyməcik"də rolları aktyorlar Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı və Gülbəniz Lətifova ifa ediblər.
Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.