Tarixdəki olaylar

 

10 oktyabr 1812 – Birinci Rusiya-İran müharibəsinin (1894–1813) yekunlarına əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib. Döyüşdə qalib gələn ruslar Talış (Lənkəran) xanlığı ərazisinin böyük hissəsini işğal ediblər. Həmin ilin dekabrında Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan faktiki olaraq rusların nəzarətinə keçdi.

 

10 oktyabr 1968 – İspaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini (Ekvatorial Qvineya Respublikası) elan edib.

 

10 oktyabr 1994 – Azərbaycan Respublikası ilə Küveyt Əmirliyi arasında diplomatik münasibətlər qurulub.

 

10 oktyabr 1997 – Strasburqda (Fransa) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüş keçirilib. Görüşdən sonra prezidentlər birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk Qrupu həmsədrlərinin “mərhələli həll”  planını qəbulu etdiklərini bildiriblər. Bundan sonra Ermənistanda Ter-Petrosyan əleyhinə çıxışlar başladı və o, 1998-ci əvvəlində istefa verməyə məcbur oldu. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

10 oktyabr 1813 – İtalyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi; 1813 – 27.01.1901) anadan olub. “Riqoletto”, “Traviata”, “Aida” operaları dünya musiqi xəzinəsinə daxildir.

 

10 oktyabr 1892 – Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892–1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.

 

10 oktyabr 1907 – Şair, ədəbiyyatşünas Hümmət Əli oğlu Əlizadə (1907–1941) anadan olub.

 

10 oktyabr 1911 – Tanınmış ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 – 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.

 

10 oktyabr 1912 – Əməkdar artist Rza Abbas oğlu Nadirov (1912–1995) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

 

10 oktyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon; 1913–2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.

 

10 oktyabr 1930 – İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (1930–2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.

 

10 oktyabr 1935 – Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 – 19.11.1999) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.

 

10 oktyabr 1935 – Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 – 13.7.1995) Lənkəran rayonunda anadan olub.

 

10 oktyabr 1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (1939 – 19.9.1992) Bakıda doğulub. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.

 

10 oktyabr 1976 – Ustad xanəndə, Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı Ağabala Məmmədbağır oğlu Abdullayev (1910–1976) vəfat edib. Füzuli rayonunda yaşayıb, bir çox xanəndələrin müəllimi olub.

 

10 oktyabr 2015 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (26.12.1950 – 2015) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib. 

 

10 oktyabr 1948 – Əməkdar artist, dirijor Faiq Əbülfəz oğlu Sadıqov (1948 – 13.5.2024) Gəncədə doğulub.  Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri olub.

Hazırladı: Vüqar Orxan