Xəbər verdiyimiz kimi, 1–7 oktyabr tarixlərində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaq ölkəsi Qətərdir.
Oktyabrın 2-də sərgi çərçivəsində Qətər Dövlətinin stendinin təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak ediblər.
Nazirlər daha sonra sərgidə nümayiş olunan stendlərlə tanış olub, ekspozisiyanı gəziblər.
Onlara müxtəlif ölkələrin ədəbiyyat və mədəniyyət nümunələri haqqında məlumat verilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində 23 xarici ölkə təmsil olunur.