Mingəçevir Turizm Kollecində 2025/2026 tədris ili üçün əlavə təhsilin təkrar orta ixtisas təhsili istiqaməti üzrə tələbə qəbulunun müsahibə mərhələsi həyata keçirilib.
Kollecin direktoru Kamal Əhmədov müsahibə iştirakçılarını salamlayıb, qəbul prosesinin əhəmiyyətindən danışıb və təkrar orta ixtisas təhsilinin gənclərin peşəkar inkişafına verəcəyi üstünlükləri vurğulayıb.
Komissiya üzvləri təkrar orta ixtisas təhsili almaq istəyənlərin bilik səviyyəsini, peşə maraqlarını və gələcək planlarını diqqətlə dinləyiblər.
Namizədlər özlərini təqdim edib və seçdiyi ixtisas üzrə fikirlərini bildiriblər.
Təkrar orta ixtisas təhsili Mingəçevir Turizm Kollecinin təhsil strategiyasında mühüm yer tutur və əsas məqsədi təşəbbüskar gənclərin əmək bazarına töhfə verməsinə şərait yaratmaqdır.