Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Zirə qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Empathy” dram dərnəyi Xətai rayonundakı Heydər Əliyev parkında “Yağışı sevməyən uşaq” adlı tamaşa təqdim edib.
Tədbir Baş İdarənin və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib.
Maraqla qarşılanan tamaşanın personajları sağlamlıq, ekoloji sabitlik və təbiətin qorunması barədə uşaqları məlumatlandırıblar.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində isə “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib.
Qasım Qasımov və Əlövsət Vəliyev adına körpələr evi – uşaq bağçaları və 19 saylı uşaq bağçasının fidanları əvvəlcə mərkəzdəki ekspozisiya ilə tanış olublar. Dahi şəxsiyyət Heydər Əliyevin uşaqlara göstərdiyi qayğı, gənc nəslin inkişafı üçün gördüyü işlər diqqətə çatdırılıb.
Uşaqlar Ulu öndər və vətənpərvərlik haqqında şeirlər söyləyib, mahnılar oxuyublar.
Sonda uşaqlar üçün “Tıq-tıq xanım” və “Cırtdan” cizgi filmləri nümayiş olunub.