Milli Kitabxanada Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyovun (7.8.1930 – 2.6.2013) anadan olmasının 95 illiyi münasibətilə sərgi açılıb.
“Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” başlıqlı sərgidə sənətkarın əsərləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyat nümayiş olunur.
***
Avqustun 7-də Milli Kitabxananın oxuculara təqdim etdiyi virtual sərgi isə bu günlərdə (3 avqust) vəfat edən Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor, ictimai-siyasi xadim Elçin Əfəndiyevin xatirəsinə həsr olunub.
Virtual sərgidə rəsmi sənədlər, yazıçının Azərbaycan və xarici dillərdə nəşr olunan bədii əsərləri, eləcə də ədəbiyyatşünaslıq, tənqid və ədəbi proseslə bağlı kitabları, fotolar, ədibin həyat və yaradıcılığı haqqında görkəmli şəxslərin fikirləri və s. müxtəlif resurslar tam mətni ilə təqdim edilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Elchin/index.htm linkindən istifadə edə bilərlər.