Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “Bulvarda kino axşamı” layihəsi davam edir.

Avqustun 2-də Azərbaycan Kinosu Günü münasibətilə bulvarda “Əhməd haradadır?” filmi nümayiş olunub.

“Azərbaycanfilm” kinostudiyasında 1963-cü ildə istehsalı olunan (quruluşçu rejissor Adil İsgəndərov, ssenari müəllifi Sabit Rəhman) və hər zaman sevilərək baxılan filmi açıq havada qurulan böyük ekranda yüzlərlə paytaxt sakini və qonaqlar izləyib. 

Tədbirdə “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqlarından ibarət sərgi də maraqla qarşılanıb.

Layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunun təbliğidir.