Tarixdəki olaylar
31 iyul 1990 – Yuqoslaviya Federasiyasının subyekti olan Bosniya-Herseqovina müstəqilliyini elan edib. 6 respublikanı birləşdirən Yuqoslaviyanın dağılması ağır müharibə ilə müşayiət olundu. Ən qanlı savaş müsəlman bosniyalılar, katolik xorvatlar və pravoslav serblərin yaşadığı Bosniya-Herseqovinada baş verdi. 1995-ci ildə ABŞ-nin vasitəçiliyi ilə tərəflər arasında sülhü təmin edən sənəd (“Deyton sülhü”) imzalandı.
31 iyul 1991 – Erməni terrorçu qrupu Azərbaycana qarşı növbəti qanlı aksiya həyata keçirib. Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstanın Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuşdu.
31 iyul 2002 – Prezident Heydər Əliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında" Fərman imzalayıb. Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında yaradılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
31 iyul 1866 – Türk yazıçısı Xalid Ziya Uşaqlıgil (1866 – 27.3.1945) anadan olub. “Aşk-ı-memnu”, “Bir ölünün dəftəri”, “Qırıq həyatlar” və s. romanların müəllifidir.
31 iyul 1886 – Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 22.10.1811 – 1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
31 iyul 1914 – Fransız (ispan əsilli) aktyoru Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914–1983) anadan olub. “Böyük gəzinti”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.
31 iyul 1940 – Xalq artisti Vaqif Məzahir oğlu Əliyev (1940 – 13.8.2021) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub, Bakı Bələdiyyə Teatrında çalışıb. Filmlərə çəkilib.
Hazırladı: Vüqar Orxan