Tarixdəki olaylar
29 iyul 1957 – Beynəlxalq Atom Enerjisi Agentliyi (International Atomic Energy Agency, IAEA) yaradılıb. Agentlik BMT-nin nəzdində müstəqil təşkilat kimi fəaliyyət göstərir, mənzil-qərargahı Avstriyanın paytaxtı Vyanada yerləşir.
29 iyul 1989 –Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb. Bundan sonra Bakı-Naxçıvan dəmir yolu xətti qeyri-müntəzəm olaraq, fasilələrlə fəaliyyət göstərib, 1991-ci ilin payızında tamamilə kəsilib.
29 iyul 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı bağlı 853 saylı qətnamə qəbul edib. Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
29 iyul 1864 – Maarif və mədəniyyət xadimi, teatr təşkilatçısı Həbib bəy Mahmudbəyov (1864 – 30.7.1928 ) Şamaxıda anadan olub.
29 iyul 1900 – İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974) Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.
29 iyul 1921 – Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921 – 29.7.2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
29 iyul 1939 – Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (1939 – 14.9.1992) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Şir evdən getdi”) çəkilib.
Hazırladı: Vüqar Orxan