ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə latın qrafikalı əlifbaya transliterasiya edilərək nəşr olunan “Azərbaycan” qəzetinin (1918–1920) külliyyatının 13-cü cildi çapdan çıxıb.

Nəşri 2021-ci ildə başlanan və 20 cilddən ibarət olacaq külliyyatı əski (ərəb qrafikalı) Azərbaycan əlifbasından latın qrafikalı əlifbaya filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edirlər.

Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

13-cü cild “Azərbaycan” qəzetinin 1919-cu ilin oktyabr ayı üzrə nömrələrini (287–310) əhatə edir.

Qǝzetdǝki materiallar Azǝrbaycan Xalq Cümhuriyyǝtinin tarixini ǝks etdirir. Burada  Cümhuriyyǝt Hökumǝtinin qǝrarları, Parlament iclasları, paytaxtda vǝ bölgǝlǝrdǝ baş verǝn hadisǝlǝr tǝfǝrrüatlı şəkildə ǝksini tapıb. Cümhuriyyǝtin xarici dövlǝtlǝrlǝ münasibǝtlǝri, dünyada və regionda cərəyan edən proseslər, hadisələr, dövrün ab-havası qǝzetin sǝhifǝlǝrindǝ ǝks olunub.

1919-cu ilin oktyabr ayında “Azərbaycan” qəzetinin 24 nömrəsi çap olunub. Çap günlərinə nəzər saldıqda 289-cu və 290-cı nömrələr arasındakı ləngimə də diqqət çəkir. 289-cu nömrə 3 oktyabrda – cümə günü (hicri təqvimi ilə məhərrəm ayının 8-də) çıxıb. Növbəti nömrə isə 8 oktyabrda – çərşənbə günü (hicri təqvimi ilə məhərrəm ayının 13-də) işıq üzü görüb. Belə təxmin etmək olar ki, qəzetin nəşri məhərrəm ayının 10-u (Aşura) ilə bağlı 1-2 gün ləngiyib.

Onu da qeyd edək ki, qəzetin hǝr nömrǝsindǝn sonra ǝlavǝ edilǝn “Qeyd vǝ şǝrhlǝr”dǝ oxucular üçün faydalı mǝlumatlar yer alır. Bu bölmədə qǝzetdǝki mürǝttib xǝtalarından bǝzilǝri (xüsusilǝ ǝhǝmiyyǝtli olanları) dǝ göstǝrilib.

Bundan əlavə, hər cildin sonunda verilən “Adlar göstǝricisi”nə mǝtndǝki bütün şǝxs, yer, dövlǝt, xalq, qurum, idarǝ, tǝşkilat, şirkǝt vǝ s. adları, hǝtta bǝzi xüsusi terminlǝr daxil edilib.

Xatırladaq ki, ilk 4 nömrǝsi Gǝncǝdǝ, sonrakı nömrǝlǝri Bakıda nǝşr edilǝn “Azǝrbaycan” qǝzetinin 15 sentyabr 1918-ci il – 28 aprel 1920-ci il tarixlǝri arasında cəmi 443 nömrǝsi çapdan çıxıb.

Qǝzetin redaktorları müxtǝlif vaxtlarda Ceyhun Hacıbǝyli, Şǝfi Rüstǝmbǝyli, Üzeyir Hacıbǝyli vǝ Xǝlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olublar.

Çapa hazırlanan 14-cü cild qəzetin 1919-cu ilin noyabr ayı üzrə nömrələrini əhatə edəcək.

Külliyyatın hazır cildlərini burada oxumaq olar.

V.Orxan