
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Vəqflər İdarəsi Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisinə torpaq sahəsi ayırıb.
Mərkəzin ŞKTC-nin paytaxtı Lefkoşa şəhərinin Küçük Kaymaklı rayonunda inşa edilməsi nəzərdə tutulur.
Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi təkcə bizim mədəniyyətin deyil, digər türk xalqlarının adət-ənənələrinin və dəyərlərinin təbliği platformasına çevriləcək.
O.Həsənoğlu Şimali Kiprin hakimiyyət orqanlarına, o cümlədən ŞKTC Vəqflər İdarəsinin rəhbəri professor Mustafa Tümerə təşəkkürünü bildirib.