Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə “İbtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd proqramı” elan edir.

Təqaüd proqramı 2023-cü ildə təsis edilib. Təşəbbüs BSU-da müəllimlik ixtisaslarına oğlan tələbələri cəlb etmək, onların pedaqoji fəaliyyətə marağını artırmaq, stimullaşdırmaq və təhsildə gender balansının qorunmasına töhfə vermək məqsədinə xidmət edir.

Bu barədə BSU-dan məlumat verilib.

Bildirilib ki, daxili təqaüd proqramı ayda 200 AZN olmaqla, universitetə qeyd olunan ixtisaslara qəbul olan və 450-dən yuxarı bal toplayan oğlan tələbələr üçün nəzərdə tutulub.