İyulun 21-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri (ATXİ) İttifaqının təşkilatçılığı ilə milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov jurnalistləri peşə bayramı – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Bildirib ki, teatr və mətbuat arasında hər zaman qarşılıqlı əməkdaşlıq və güclü əlaqə mövcud olub. Teatr cəmiyyətin güzgüsüdür, mətbuat isə bu güzgünü xalqa göstərən vasitədir.

Tədbirdə teatr sənətinin işıqlandırılmasında və təbliğində fəal olan media nümayəndələri “İttifaqın dostu” diplomu, “Teatr fədaisi” medalı və fəxri fərman ilə təltif olunublar. 

Təltif edilənlər sırasında uzun illər "Mədəniyyət" qəzetində çalışmış Gülcahan Mirməmməd və Həmidə Rüstəmova, eləcə də qəzetin yazarlarından olmuş Samirə Behbudqızı da var.

Mükafat alan bütün həmkarlarımızı təbrik edirik!