Mingəçevir Turizm Kollecində 2024/2025-ci tədris ilinin yekunlarına dair Pedaqoji şura iclası keçirilib.

Kollecin direktoru Kamal Əhmədov çıxış edərək tədris ili ərzində görülən işlər, əldə olunan nəticələr, dərs yükünün bölgüsü və təşkili, həmçinin kollecdə yeni ixtisasların açılması ilə bağlı pedaqoji heyətə ətraflı məlumat verib.

Tədrisdə keyfiyyətin təminatı şöbəsinin müdiri Samirə Abbasova keyfiyyət göstəriciləri, tədris prosesində tətbiq olunan yeniliklər, 2024/2025-ci tədris ilinin yekun nəticələri və aparılmış monitorinqlərin nəticələri barədə təqdimatla çıxış edib.

Tədris şöbəsinin müdiri Ceyhun Abdullayev 2024/2025-ci tədris ilinin II yarımilində görülmüş işlər haqqında məruzə edib.

Məruzələr ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.