Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb.

Bu barədə kitabxanadan məlumat verilib.

"Tovuz döyüşləri – Zəfərə gedən yolun başlanğıcı" adlı virtual kitab sərgisində bir sıra rəsmi sənədlərin, şəhid olmuş igid Azərbaycan oğulları haqqında kitab və dövrü mətbuat nümunələrinin tam mətni təqdim edilib. Virtual sərgidə “Tovuz döyüşləri – iyul şəhidləri”, “Vətən uğrunda”, “Polad ömrü”, “Əfsanəvi general”, “Akula ləqəbli kəşfiyyatçı”, “Möhtəşəm zəfərin nişanəsi” kimi 10-dan çox kitab və mətbu nəşrlərdə yer alan məqalələr yer alıb.

“Zəfər salnaməsinin şanlı səhifəsi – Tovuz döyüşləri” adlı məlumat bülletenində şanlı Qələbəyə gedən yolun başlanğıcında duran, adını Azərbaycanın Zəfər salnaməsinə qızıl hərflərlə yazan Tovuz döyüşlərinin iştirakçıları haqqında toplanmış ətraflı məlumat, onların həyat və döyüş yolundan bəhs edən kitab və məqalələrin siyahısı təqdim edilib.

Materiallar kitabxananın saytında yerləşdirilib.