Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf” mövzusunda beynəlxalq konqres çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Ankara Universiteti arasında əməkdaşlığa dair yeni bir addım atılıb.

Bu barədə AzMİU-dan məlumat verilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Ankara Universitetinin rektoru professor Necdet Ünüvar arasında Orhun Mübadilə Proqramı üzrə əməkdaşlıq protokolu imzalanıb. 

Protokol iki universtet arasında əlaqələrin daha da dərinləşməsinə, ortaq tədris və tədqiqat layihələrə zəmin olacaqq. 

Qeyd edək ki, Orhun Mübadilə Proqramı Türk Universitetləri Birliyinin təşəbbüsü ilə həyata keçirilir və üzv universitetlər arasında qarşılıqlı akademik əməkdaşlığı gücləndirməyə yönəlib.