Aprelin 27-də dünyaşöhrətli violonçelist, dirijor Mstislav Rostropoviçin (1927-2007) vəfatının 18-ci ildönümü münasibətilə onlayn fləş-mob keçirilib.

Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyindən verilən məlumata görə, muzeyin sosial şəbəkə hesablarında “Mstislav Rostropoviç üçün ifa edirəm” (#Mymusicforrostropovich) həştəqi ilə çoxsaylı paylaşımlar edilib. 

1 nömrəli uşaq gənclər inkişaf mərkəzi, İncəsənət gimnaziyası, Qara Qarayev adına Mərkəzi İncəsənət, Bülbül adına Orta İxtisas məktəblərinin şagirdləri və peşəkar musiqiçilər öz ifaları ilə fləş-moba qoşulublar. Onlayn layihə böyük maraqıa qarşılanıb.

Qeyd edək ki, M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda violonçelist Leopold Rostropoviç və piano ifaçısı Sofya Fedotovanın ailəsində dünyaya göz açıb.