Mayın 1-də Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, tanınmış cazmen, pianoçu, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərovla görüş keçiriləcək.

MEMİM-dən bildirilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində keçiriləcək görüşdə caz ifaçılığı sənətinin tədrisi, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparılacaq.

Görüş çərçivəsində müxtəlif caz musiqisi kompozisiyaları da təqdim olunacaq.