Azərbaycan Milli Kitabxanası tərəfindən “Konstitusiya və Suverenlik İli” adlı metodik vəsait hazırlanıb.

Kitabxanadan verilən məlumata görə, vəsaitdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, bu tarixi hadisə ilə bağlı giriş məqaləsi və kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr yer alıb.

Metodik vəsaitlə tanış olmaq istəyənlər anl.az/down/Konstit.suverenlik.pdf linkindən istifadə edə bilərlər.

Məlumatda vurğulanır ki, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində  Qələbənin 5-ci ildönümünü münasibətilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximiz üçün əlamətdar hadisədir. Bu qərar milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği, eləcə də hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.