AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə görkəmli Azərbaycan şairi, filosof, pedaqoq Həkim Məhəmməd Hidəcinin (1853-1928) “Divan”ı işıq üzü görüb.
Kitabı tərtib edib nəşrə hazırlayan, ön söz və lüğətin müəllifi institutun Fondların elmi uçotu və mühafizəsi şöbəsinin müdiri Sadiyyə Xanlarovadır.
“Divan”a təsəvvüf şairi kimi tanınan, Azərbaycan, ərəb və fars dillərində yazıb-yaratmış Məhəmməd Hidəcinin müxtəlif illərdə qələmə aldığı təmsil, məsnəvi, qitə, müsəmmət, tərcibənd, tərkibbənd, xatimə, münacat və s. şeirlərindən ibarət nümunələr daxil edilib.
Yeni nəşrin elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, rəyçisi filologiya elmləri doktoru, dosent Səbinə Əhmədova, elmi redaktoru Hacı Mustafa Mailoğludur.