
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Uilyam Şekspirin əsəri əsasında “Hamlet” tamaşası hazırlanır. Premyera 7-9 mart tarixlərinə nəzərdə tutulub.
Dünya dramaturgiyasının məşhur nümunəsinə Xalq artisti Aleksandr Şarovski quruluş verir.
Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq dizayneri Nikolay Rudıçev, bəstəkarı Anar Yusufov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, vizajçı Yekaterina Maşkovadır.
Tamaşada Əməkdar artistlər Murad Məmmədov, Teymur Rəhimov, Salman Bayramov, Həcər Ağayeva, Mariya Dubovitskaya, teatrın digər aktyorları rol alıblar.