F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tanınmış şair, publisist Vaqif Bəhmənlinin “Hamı”, yazıçı Rövşən Abdullaoğlunun “Qorxular” və “Hər bir insan hökmdardır” adlı kitablarının icmalı keçirilib.
Kitabxanadan bildirilib ki, məktəbli oxucuların da iştirak etdiyi icmal zamanı müəlliflərin yaradıcılığı, kitabların məzmunu barədə məlumat verilib. Vaqif Bəhmənlinin “Hamı” kitabından “Xeyir” və “Vaxt” adlı şeirlər səsləndirilib.
Tədbirin keçirilməsində məqsəd adıçəkilən kitabların mövzu və ideyalarını, müəlliflərin məqsədini izah etməklə, insanlar arasında müzakirələr və düşüncələr yaratmaqdır.