Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkar, müğənni Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə fevralın 10-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Bir ömrün musiqi dünyası” adlı tədbir keçirilib.
“İncəsənət inciləri” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə kitabxananın əməkdaşları tərəfindən görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumatları, ifa etdiyi mahnıları, özünün çəkildiyi, həmçinin mahnılarının yer aldığı filmlərdən görüntülər təqdim edilib.
Polad Bülbüloğlu öz sənəti ilə estrada musiqisinə yenilik gətirib, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına böyük töhfə verib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi Fatimə Əlizadənin ifasında Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısının səsləndirilməsi ilə yekunlaşıb.