
Artıq 28 ildir ki, Azərbaycanın təqviminə daha bir əlamətdar gün, 2 fevral – Gənclər Günü daxil olub. Bu günün tarixi 1996-cı il fevralın 2-də müstəqil Azərbaycanda ilk dəfə Gənclərin Ümumrespublika Forumunun keçirilməsi ilə bağlıdır.
Bir il sonra, 1997-ci ildə Prezident Heydər Əliyevin imzaladığı fərmanla 2 fevral Azərbaycanda Gənclər Günü elan edilib. Ulu öndərin Azərbaycan gəncliyinə bəxş etdiyi bu gün hər il silsilə tədbirlər, o cümlədən mədəniyyət layihələri ilə qeyd olunur.
Ümummilli lider tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısı ənənəvi olaraq hər il əlamətdar gün ərəfəsində öz fəaliyyətlərində xüsusilə fərqlənən gənclərin bir qrupunu mükafatlandırır.
***
Prezident İlham Əliyev yanvarın 31-də 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslər 2025-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüblər:
Ağalarov Mircavid Elşad oğlu
Əjdərli Aytac Ceyhun qızı
Əzimov Rüstəm Bakir oğlu
Hacıbəyli Rafael Siyavuş oğlu
İsrafilova Fatimə Seymur qızı
Məhərrəmova Şövkət Fikrət qızı
Məmmədzadə Vüqar Əbdüləli oğlu
Muradova Jalə Tərlan qızı
Nuruzadə Ömər İman oğlu
birgə fəaliyyətə görə:
Abdullayev Nihat Rauf oğlu
Əliyeva Ləman Əhəd qızı.
Prezident mükafatına layiq görülən gəncləri və onların simasında ölkəmizin bütün gənclərini əlamətdar gün münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.