
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən Kürdəmirdə vətəndaşların qəbulu keçiriləcək.
Dekabrın 14-də saat 10:00-da Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (Heydər Əliyev prospekti 20) təşkil olunacaq qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Göyçay rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlar dekabrın 11-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.