
Gəncə Dövlət Kukla Teatrında alman xalq nağılı əsasında “Üç donuz balası” tamaşasının məşqlərinə başlanılıb.
Tamaşaya Əməkdar artist Fərmail Paşayev quruluş verir, quruluşçu rəssam Məhəmməd Hacıyevdir.
Personajları Elmar Vəliyev (Naf-naf), Zülfiyyə Əliyeva, Saleh Cümşüdlü (Nuf-nuf), Nərmin Şərifova, Yeganə Məmmədova (Nif-nif), Nahidə Namazova (Qarğa), Səməd Xanəhmədov (Canavar) canlandırırlar.
Uşaqlara zəhmətsevərlik və mübarizə əzmi aşılayan birhissəli kukla tamaşası ilin sonunadək teatrsevərlərə təqdim olunacaq.