 Qax rayonunda Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin "Xilas olunmuş gözəllik" adlı səyyar sərgi-seminarı təşkil olunub.
										
										   Qax rayonunda Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin "Xilas olunmuş gözəllik" adlı səyyar sərgi-seminarı təşkil olunub. Oktyabrın 19-dək davam edəcək tədbir respublikanın muzeylərində saxlanılan maddi-mədəni irs nümunələrinin qorunması, konservasiyası üçün lazımi tədbirlərin görülməsi və mövcud istiqamətdə maarifləndirmə işlərinin aparılması məqsədilə keçirilir. Sərgi-seminar rayon muzeylərində çalışan rəssam-bərpaçıların peşə səriştələrinin artırılması ilə yanaşı, muzeylərdə saxlanılan əşyaların dağıdılmasının qarşısının alınması, habelə onların saxlanılma şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.
 
						













 
									




