ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun dəstəyi ilə Azərbaycana gəlmiş amerikalı numizmatik Col Formen Xəzər Universitetində olmuş, bu özəl ali təhsil ocağının tarix və coğrafiya ixtisası üzrə təhsil alan tələbələrinə mühazirə oxumuşdur. O, həmçinin müxtəlif növ pullardan ibarət kolleksiyasını nümayiş etdirmiş və həmin pullardan tarix və arxeologiya departamentinə hədiyyə etmişdir.

Xəzər Universitetindən bildiriblər ki, departamentin təşkilatçılığı ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun orta əsrlər arxeologiyası şöbəsinin elmi işçisi Qənirə Pirquliyeva qonağı İçərişəhərdə yerləşən numizmatika ekspozisiyasında Azərbaycanda tapılmış ən qədim pul növləri ilə tanış edib.

C.Formen qeyd edib ki, Vaşinqtonda qədim və müasir Azərbaycan pullarından ibarət sərgi açmağa hazırlaşır.