
Bill Cin adlı qadın "pop kralı" Maykl Ceksona qarşı 1 milyard dollarlıq iddia qaldırıb. "Contactmusic" saytının verdiyi məlumata görə, "Thriller" albomundakı "Bill Jean" mahnısı müğənninin karyerasında ən böyük hiti sayılır.
Bill Cin Maykl Ceksonun 2002-ci ildə doğulan oğlu Şahzadə Mayklın həqiqi anası olduğunu iddia edir. Qeyd edək ki, Maykl Cekson o zaman üçüncü uşağının anasının adını çəkməkdən imtina edirdi. Qadın 1 milyard dollarlıq təzminatdan əlavə, uşağın anası kimi tanınmasını və müğənninin həftədə üç dəfə onun öz uşağı ilə görüşməsinə icazə verməsini də tələb edir.