“Mədəniyyət” qəzetinin ilk sayı 2 yanvar 1991-ci ildə nəşr olunub. Nəşrin yaradıcısı və ilk baş redaktoru görkəmli şair, publisist Şahmar Əkbərzadə (1941–2000) olub.

Qəzetin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşr ölkədə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırıb, bu sahədə görülən işləri ictimaiyyətə çatdırıb.

Ölkəmizin mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapıb.

Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət-ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil edib.

“Mədəniyyət” qəzetinin nəşri 2024-cü ilin sonunadək davam edib. Sonuncu – 2161-ci sayı 2024-cü il dekabrın 27-də işıq üzü görüb.

Qəzetin elektron versiyası 2008-ci ilin oktyabrında yaradılıb. 

2025-ci ildən redaksiya fəaliyyətini elektron formatda – medeniyyet.info.az saytı üzərindən davam etdirir. Sayt ölkəmizdə bu sahə ilə bağlı yeganə ixtisaslaşmış və ən zəngin elektron resursdur.

 ***

Baş redaktor: Vüqar Əliyev.

Ünvan: AZ 1012, Bakı şəhəri, Moskva prospekti 1D. Azərbaycan Dövlət Film Fondunun binası, 5-ci mərtəbə.

Telefon:  (012) 431-28-79 (baş redaktorun müavini)
                         431-57-72 (redaktor)
                         530-34-38 (mühasibatlıq)

Qeyd: Redaksiyaya yazılar yalnız elektron formatda qəbul olunur. Əlyazmaları nəzərdən keçirilmir və geri qaytarılmır.