Bülbülün Bakıdakı memorial muzeyində tanınmış bəstəkar, pedaqoq Nazim Əliverdibəyovun (1926–1986) 100 illiyinə həsr olunan tədbir keçirilib.

Muzeydən verilən məlumata görə, tədbir Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbi ilə birgə təşkil olunub.

Tədbirin aparıcısı Vüsalə Məmmədova bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim edib.

Məktəbin şagirdləri bəstəkarın əsərlərindən ibarət proqramla çıxış ediblər.