Ağdam Dövlət Dram Teatrında fransız dramaturq Jan-Batist Molyerin (1622–1673) “Skapenin kələkləri” (1671) komediyası əsasında eyniadlı tamaşanın məşqləri başlanıb.

Bu barədə teatrdan məlumat verilib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.

Səhnə əsərində rolları Fərhad Fərhadzadə (Skapen), Elman Məhərov (Jeront), Rüstəm Məmmədov (Oktav), Ramil Hüseyzadə (Leandr), Sərdar Əlizadə (Arqant), Zərifə Ağayeva (Giasinta), Nuranə Əliyeva (Zerbinetta), Tural Yusifov (Silvestr) və Mahir Xəlilov (Karl) canlandıracaqlar.

Kütləvi səhnələrdə Anar Zeynalov, Teymur Kərimov, Sadiq Bağırov, Ruslan Əliyev və Nahid Məmmədov iştirak edəcəklər.

Tamaşanın premyerasının dekabr ayında keçirilməsi nəzərdə tutulur.